Bazar ertəsi, 06 May

"Hörümçək adam" filmindən təsirlənən uşaq özünü 5-ci mərtəbədən atdı - FOTO/VİDEO

image

Türkiyənin İstanbul şəhərində 5-ci mərtəbədəki evlərinin pəncərəsindən yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb.

Xəbər verilir ki, hadisə Arnavutköy rayonunda baş verib.

Belə ki, 5 yaşlı Berzan Qorxmaz mobil telefonu ilə izlədiyi videolardakı "Hörümçək adam" obrazını təqlid edərək özünü 5-ci mərtəbədən atıb.

Məlumata görə, Berzan nənəsi ilə birgə yaşayır və onun yıxıldığını 3 yaşlı qardaşı Miran mətbəxdə yemək bişirən nənəsinə bildirib.

Həkimlərin müayinəsi zamanı uşağın üzərində yalnız kiçik sıyrıqların və əziklərin olduğu məlum olub. Berzan xəstəxanada 2 gün müşahidə altında saxlanıldıqdan sonra evə buraxılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15